Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeməkdən sonra yatmaq arıqlamağa necə təsir edir?

Yeməkdən sonra yatmaq arıqlamağa necə təsir edir?

Tarix: 22 Mart 2024 19:12

Yuxunun normal beyin funksiyasını bərpa etdiyi məlumdur və bunun da arıqlamaq prosesi ilə birbaşa əlaqəli olduğu ortaya çıxır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, araşdırmalara görə, yaxşı yuxu arıqlamağa inanılmaz təsir göstərir.

Alimlər insanları iki qrupa bölərək 2 həftə ərzində müşahidə ediblər. Bir qrupa 8,5 saat, ikinciyə isə cəmi 5,5 saat yatmağa icazə verilib. Gündə 8,5 saat yatmış birinci qrup ümumi çəki itkisinin təxminən yarısını, gündə 5,5 saat yatan ikinci qrup isə yalnız dörddə birini itirib.

Az yatan insanlar yağdan daha çox əzələ itiriblər, çünki 3 saatlıq yuxunun itirilməsi yağların əzələ hesabına ehtiyatda saxlanması prosesini işə salırdı.

8,5 saat yatanlar oyandıqda daha az aclıq hiss ediblər.

Milli.Az


Etiketlər:  Yeməkdən sonra yatmaq arıqlamağa necə təsir edir


RƏYLƏR