Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2024 08:32
Moskvadakı "Krokus Siti Holl"a hücum edən terrorçular, ilkin məlumata görə, müxtəlif modifikasiyalı 7,62 mm-lik "Vepr" və 10,25 mm kalibrli "Sayqa" tüfənglərindən istifadə ediblər.
Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, bu barədə "Şot" (SHOT) Teleqram kanalı yazıb.
"Vepr" Ukrayna istehsalı hücum silahıdır, "Sayqa" isə Rusiyada, "Kalaşnikov"un bazasında hazırlanıb.
Qeyd edək ki, "Krokus Siti Holl"da terror aktında rəsmi məlumatlara görə, 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.