Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Röya Ayxanın adından dələduzluq - FOTO

Röya Ayxanın adından dələduzluq - FOTO

Tarix: 25 Mart 2024 07:15

Xalq artisti Röya Ayxan saxta hesab açaraq onun adından dələduzluq edənlərlə bağlı paylaşım edib. 

Milli.Az olay.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə instaqramın hekayə bölməsində yazıb:

"Hörmətli izləyicilərim, sevənlərim. Bu və bunun kimi səhifələrə, belə fırıldaqçılara inanmayın. Sizdən kart məlumatı istəyən dələduzlara güvənməyin. Heç bir sosial media hesabımda bu tipli paylaşımlar yoxdur. Postların altında guya pul qazanmış şəxslər tərəfindən yazılan şərhlər də saxta hesablardan yazılır".

Qeyd edək ki, sözügedən hesabda feyk yarışlar keçirilir, qalibin kart hesabına pul köçürüləcəyi vəd edilir.

Milli.Az


Etiketlər:  Röya Ayxanın adından dələduzluq FOTO


RƏYLƏR