Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Adil Şükürov: “Bolqarlarla görüş gələcəkdə nəyə ümid edə biləcəyimizi göstərəcək”

Adil Şükürov: “Bolqarlarla görüş gələcəkdə nəyə ümid edə biləcəyimizi göstərəcək”

Tarix: 25 Mart 2024 12:48

"Bu turnir millimiz üçün çox faydalı olacaq".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Kəpəz"in baş məşqçisi Adil Şükürov deyib.

O, FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan "FİFA series- Edition 2024" layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Bolqarıstan matçını şərh edib. Təcrübəli mütəxəssis bildirib ki, bu matçda komandanın gücü bəlli olacaq: "Bolqarlarla görüş gələcəkdə nəyə ümid edə biləcəyimizi göstərəcək. Həm də bu cür oyunlarda millidəki futbolçuların klublarında nə dərəcədə inkişaf etdiyini də görəcəyik. Monqolustanla müqayisədə Bolqarıstan yığması daha güclü rəqibdir. Baxmayaraq ki, bu komandanın illərdir enişini müşahidə edirik. Amma yenə də bizi maraqlı və yaxşı mübarizə gözlədiyini düşünürəm".

Qeyd edək ki, yığma Bolqarıstanla bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək.

Milli.Az


Etiketlər:  Adil Şükürov Bolqarlarla görüş gələcəkdə nəyə ümid edə biləcəyimizi göstərəcək


RƏYLƏR