Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həvəsləndirici mesajlarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ - FOTO

Həvəsləndirici mesajlarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ - FOTO

Tarix: 27 Mart 2024 20:16

"Kiberdələduzlar tərəfindən "Competo" MMC-nin innovativ alış-veriş platforması olan "Umico Market"in adından saxta kampaniyalar həyata keçirilir".

Milli.Az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata əsasən, ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara mesajlar göndərilərək həvəsləndirici vədlər təklif edilir.

"Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı, hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir", - deyə məlumatda qeyd olunub.
 

Milli.Az


Etiketlər:  Həvəsləndirici mesajlarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ FOTO


RƏYLƏR