Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Gecə-gündüz dua edirdim ki, divanımız olsun” – VİDEO

“Gecə-gündüz dua edirdim ki, divanımız olsun” – VİDEO

Tarix: 28 Mart 2024 23:25

"Deyirlər ki, ailədə böyük rolu maddiyyat oynayır. Amma fikrimcə, ailədə böyük rolu mehribanlıq, səmimiyyət oynayır. Madiyyat isə ikinci yerdədir". 

Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə İbadova qonaq olduğu "7 tamam" verilişində deyib. 

Sənətçi bildirib ki, illər əvvəl evində bir çarpayısı, bir masası və 2 oturacağı olub: 

"Uzun illər əvvəl bir həmkarım bizə qonaq gəlmişdi. O söylədi ki, "Heyif deyil, imkanlı həyat yoldaşı olsun?" və sairə... Mən isə ona söylədim ki, mən həyat yoldaşımla ailə quranda bizim heç nəyimiz yox idi. Evimizdə bir dəmir çarpayımız, bir masamız və iki oturacağımız olub. İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta mən gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik. Köhnə dolabımız vardı. Onun qapılarını divan kimi düzəldib istifadə edirdik. Bax, bizim belə günlərimiz olub. Biz çalışmışıq ki, belə şeylərə görə söz-söhbət olmasın, kiçik şeylərə görə dava-qırğınlar etməyək. Çünki dava-dalaşlar ailə içində səmimiyyəti yox edir". 

Qeyd edək ki, Tovuz rayonundan olan Z.İbadova Sakit adlı həmyerlisi ilə ailəlidir. Cütlüyün Babək adında bir oğlan övladı var. Babək də müğənni kimi fəaliyyət göstərir. 


Etiketlər:  Gecə gündüz edirdim divanımız olsun VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ