Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda son 4 il ərzində qadın hakimlərin sayı artıb (ÖZƏL)

Azərbaycanda son 4 il ərzində qadın hakimlərin sayı artıb (ÖZƏL)

Tarix: 19 Noyabr 2019 08:00

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda son 4 il ərzində qadın hakimlərin sayı artıb.

Trend-in məlumatına görə, ötən müddət ərzində ölkədəki hakimlərin sayında da artım müşahidə edilir.

2015-ci ildə ölkə üzrə hakimlərin sayı 513 nəfər olub. 2018-ci ildə isə onların sayı 571-ə yüksəlib. Ölkədəki hakimlərin böyük hissəsi kişilərdir.

2015-ci ildə qadın hakimlərin sayı 62 olduğu halda, 2018-ci ildə onların sayı 84-ə yüksəlib.

Ötən il kişi hakimlər bütün hakimlərin 85, qadın hakimlər isə 15 faizini təşkil edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda ərzində qadın hakimlərin sayı artıb ÖZƏL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ