Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Röya: “Gonbul və paxıl olma” - FOTOlar

Röya: “Gonbul və paxıl olma” - FOTOlar

Tarix: 29 Mart 2024 12:25

Xalq artisti Röya Ayxan yeni fotosessiyasından paylaşım edib.

Sonxeber.net bakıvaxtı.az-a istinadən xəbər verir ki, cazibədar ulduzun yeni fotolarını bəyənənlərlə yanaşı bəyənməyənlər də tapılıb.

Sosial media hesabında fotolarını yayımlayan Xalq artistinin səbr kasasını dolduranlardan biri də onun fotoları çox fotoşop etməsi ilə bağlı yazılan şərh olub. Röya həmin şərhi  "hekayələr" bölümündə paylaşaraq bu sözləri yazıb:

"Nə olar, rəng işləmədən şəkilin ilkin versiyasını bu xanıma göndərin".

Paylaşımdan bir neçə dəqiqə sonra Röya fotonun original versiyasını yayımlayaraq onu tənqid edən xanıma səslənib:

"Bu da sizə çəkim sırasında olan foto... İşləm sadəcə sinədə olub. O da estetik olmalıdır, bu səbəbdən. Aaa, bir də bir söz deyim, məncə, artıq dieta vaxtıdır. Bu qədər gonbul və paxıl olma".


Etiketlər:  Röya Gonbul paxıl olma FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ