Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Baku Fashion Expo Midseason 2019'' – “Azərbaycanın moda yaradıcıları” foto layihəsi nə ilə yadda qaldı? (FOTO)

''Baku Fashion Expo Midseason 2019'' – “Azərbaycanın moda yaradıcıları” foto layihəsi nə ilə yadda qaldı? (FOTO)

Tarix: 19 Noyabr 2019 11:00

Bakı. Trend:

15, 16 və 17 noyabrda Bakıda Baku Fashion Expo moda layihəsinin ikinci mövsümü keçirildi. Tədbir hər il moda, dizayn və gözəlliyə biganə olmayan yaradıcı insanların ozünüifadə platfotmasina xidmət edir.

Bu il layihə əsasən istedadlı fotoqraf Pənah Mehtinin “Azərbaycan modasının yaradıcıları” adlı sərgisi ilə yadda qaldı. Müvəqqəti ekspozisiya eksklyuziv olaraq Baku Business Center zalında təqdim edildi. Öz fotoişlərində Pənah moda nümunələrinin yaradıcı prosesini – ideya və eskizlərin yaranmasından tutmuş onların həyata keçirilməsinə qədər olan prosesi əks etdirdi.

Tədbir qonaqları üçün modanın kulisarxası ilə tanış olmağa, şou-rumları ziyarət etmək və bəyəndikləri libasları elə podiumdan əldə etmək imkanı yaradıldı. Moda sahəsinin öndəgedən professionalları bütün istəyənlərə pulsuz master-klass keçirdilər. Proqramın yekunu olaraq moda haqqındakı filmə baxış keçirildi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Baku Fashion Expo Midseason 2019 Azərbaycanın moda yaradıcıları foto layihəsi ilə yadda qaldı FOTO


RƏYLƏR