Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramiz Taxveli vəfat etdi - FOTO

Ramiz Taxveli vəfat etdi - FOTO

Tarix: 3 Aprel 2024 12:08

Arvadını yaşadıqları mənzilin balkonundan ataraq xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxveli vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  Taxveli bu yaxınlarda müalicə aldığı psixatriya xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Rasim Taxveli 2018-ci ildə 30 yaşlı arvadı Adelya Taxvelini evinin balkonundan ataraq qəsdən öldürüb. 

İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hökmə əsasən, Taxveli verilmiş ittihamla təqsirli bilinib. Lakin anlaqsız vəziyyətdə olduğuna görə cəzadan azad edilib, psixatriya xəstəxanasında məcburi müalicəyə cəlb edilib.

Milli.Az


Etiketlər:  Ramiz Taxveli vəfat etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ