Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2024 17:24
"Trabzonspor" və "Fənərbaxça" klublarının məlum oyunda baş verənlərlə bağlı cəzaları müəyyənləşib.
Sonxeber.net metbuat.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi məlumat yayıb.
Qərara əsasən, "Fənərbaxça"nın 2 futbolçusu - Ceyden Ostervolde və İrfan Can Eğribayat bir oyunluq cəza alıblar. Osayi Samuel isə cəza almayıb.
"Trabzonspor" klubu isə qarşıdakı 6 matçı azarkeşsiz keçirəcək. Komandanın məşqçisi Egemen Korkmaz 1 oyun texniki zonada olmayacaq.
Xatırladaq ki, Superliqanın 39-cu həftəsinin "Trabzonspor"-"Fənərbaxça" qarşılaşmasından sonra "sarı-lacivərdlilər" 3:2 hesablı qələbəyə sevinərkən meydana daxil olan azarkeşlərlə İstanbul klubunun futbolçuları arasında insident yaşanıb. Tərəfdarlar final fitindən sonra oyunçulara hücum ediblər. Hadisəyə təhlükəsizlik əməkdaşları müdaxilə ediblər.