Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda BU MƏKTƏBDƏ idman üçün ayrılan otaq sanitar qovşağa birləşdirilib - RƏSMİ AÇIQLAMA (FOTO)

Bakıda BU MƏKTƏBDƏ idman üçün ayrılan otaq sanitar qovşağa birləşdirilib - RƏSMİ AÇIQLAMA (FOTO)

Tarix: 19 Noyabr 2019 14:48

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakının Qaradağ rayonunda yerləşən 273 saylı orta məktəbdə idman zalı olsa da, şagirdlərin bədən tərbiyəsi dərsində geyimlərinin dəyişdirilməsi üçün xüsusi otaq yoxdur.

Valideynlərin Trend-ə verdiyi məlumata görə, əvvəl məktəbdə belə bir otaq olsa da, sonradan onu sanitar qovşağa birləşdiriblər. Buna görə də şagirdlər idman geyimlərini burada dəyişməli olurlar ki, bu da valideynlərin narazılığına səbəb olur.

273 nömrəli tam orta məktəbdən Trend-ə verilən məlumata görə, 2013-cü ilə qədər idman zalının soyunub-geyinmə otaqları olub. Lakin 2013-cü ildə Bakı Şəhəri İcra Hakimiyyəti Tikinti Departamenti tərəfindən məktəb əsaslı təmir edilən vaxt soyunub-geyinmə otaqları sanitar qovşağa birləşdirilib.

Məktəbdən qeyd edilib ki, bu məsələ ilə əlaqədar müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Bakıda BU MƏKTƏBDƏ idman üçün ayrılan otaq sanitar qovşağa birləşdirilib - RƏSMİ AÇIQLAMA (FOTO) Bakıda BU MƏKTƏBDƏ idman üçün ayrılan otaq sanitar qovşağa birləşdirilib - RƏSMİ AÇIQLAMA (FOTO) Bakıda BU MƏKTƏBDƏ idman üçün ayrılan otaq sanitar qovşağa birləşdirilib - RƏSMİ AÇIQLAMA (FOTO) Bakıda BU MƏKTƏBDƏ idman üçün ayrılan otaq sanitar qovşağa birləşdirilib - RƏSMİ AÇIQLAMA (FOTO) Bakıda BU MƏKTƏBDƏ idman üçün ayrılan otaq sanitar qovşağa birləşdirilib - RƏSMİ AÇIQLAMA (FOTO) Bakıda BU MƏKTƏBDƏ idman üçün ayrılan otaq sanitar qovşağa birləşdirilib - RƏSMİ AÇIQLAMA (FOTO)


Etiketlər:  Bakıda BU MƏKTƏBDƏ idman üçün ayrılan otaq sanitar qovşağa birləşdirilib RƏSMİ AÇIQLAMA FOTO


RƏYLƏR