Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2024 20:44
Hindistanda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 25 min nəfər əhalisi olan Padam şəhərindən 35 km cənubda, 21 km dərinlikdə yerləşir.
Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.