Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

60 il yatmayan insan onu xilas edən içkidən danışdı

60 il yatmayan insan onu xilas edən içkidən danışdı

Tarix: 6 Aprel 2024 13:32

Vyetnamlı 80 yaşlı Thay Nqok son 60 ildə çətinliklə yatdığını bildirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Nqok qeyd edib ki, 1962-ci ildə keçirdiyi xəstəlikdən sonra yuxusuzluqdan əziyyət çəkir. O, yuxusuzluğun onun Vyetnam müharibəsi zamanı yaranan post-travmatik stress pozğunluğunun qeyri-adi təzahürü olduğunu hesab edir.

Yaşlı insan gündüzlər tarlalarda işlədiyini, gecələr isə evdə düyü şərabı hazırladığını bildirib. Kişi yalnız bu içkinin onu xilas etdiyini iddia edir. Onun sözlərinə görə, çoxlu miqdarda düyü şərabı içdikdən sonra bəzən bir-iki saatlıq yuxuya gedə bilib.

"Digər insanların yatdığına baxıram və paxıllığım tutur. Aylı gecələrdə mən adətən çölə çıxıb əkinlərin arasındakı alaqları təmizləyirəm və ya torpağı şumlayıram, çünki heç nə etmədən oturmaq dözülməzdir. Qəribə olan da budur: mən hər kəsdən iki dəfə çox işləyirəm, amma heç də çiçəklənmirəm", - Ngok bildirib.

Milli.Az


Etiketlər:  60 il yatmayan insan onu xilas edən içkidən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ