Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2024 15:52
15:47
Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, zərərçəkən 4 nəfərdən biri klinikada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə nəticəsində üç nəfər ölüb, daha üçü isə yaralanıb.
----------
13:36
Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində iki nəfər ölüb, dörd nəfər isə yaralanıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
---------
12:40
Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində partlayış baş verib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Boçormi küçəsindəki "Battleground" atıcılıq mərkəzinin yaxınlığında qara tüstü görünüb.
Hadisə yerinə polis cəlb olunub. İlkin məlumatlara görə, yaralılar var.