Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2019 18:44
İngiltərənin Sauthempton şəhərində qarışıq döyüş sənəti (MMA) üzrə həvəskar turnirdə ölüm hadisəsi baş verib.
Qol.az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, İran əsilli qadın idmançı Səidə Alitaha “Fast and Furious Fight” adlı yarışda uduzduqdan sonra ağır zədə alaraq xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Təşkilatçılar 26 yaşlı döyüşçünün yaxınlarına başsağlığı veriblər. Şəhər polisi isə hadisə ilə bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, Səidə Alitaha İranda doğulsa da, İngiltərədə yaşayıb. O, məşq və döyüşlərə hicabla çıxıb.