Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransa hər kəsin əldə etmək istədiyi hərbi texnikanı ERMƏNİSTANA VERİR - FOTO

Fransa hər kəsin əldə etmək istədiyi hərbi texnikanı ERMƏNİSTANA VERİR - FOTO

Tarix: 10 Aprel 2024 12:40

"Fransanın hər kəsin əldə etmək istədiyi hərbi texnikası var və Fransa onu Ermənistana verir!"

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Olivye Dekotini deyib.

Qeyd edək ki, səfirin bəhs etdiyi texnika "Ground Master" hava nəzarət radarlarıdır.

Onlar hava təhdidlərini aşkar etmək və reaktiv qırıcıları, raketləri və helikopterləri müəyyən etmək üçün nəzərdə tutulub. Həmçinin dronları quşlardan ayırmağa imkan verən yeni imkanlara malikdirlər.

"Limours"un 30 milyon avro dəyərində olan "GM 400" Alpha təyyarələri 500 kilometr uzaqlıqdakı hədəfi görə bilir. "GM 200"lər 250 kilometr ilə 350 kilometr arasında daha qısa məsafəyə malikdir.

Milli.Az


Etiketlər:  Fransa hər kəsin əldə etmək istədiyi hərbi texnikanı ERMƏNİSTANA VERİR FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ