Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna PUA-sı 2 uşağı öldürdü

Ukrayna PUA-sı 2 uşağı öldürdü

Tarix: 10 Aprel 2024 20:32

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Rusiyanın Kursk vilayətinin Apanasovka kəndində mülki şəxslərin olduğu avtomobilin üzərinə partlayıcı qurğu atıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə vilayətin qubernatoru Roman Starovoyt məlumat verib.

Hadisə nəticəsində həmin an avtomobildə olan ikisi uşaq olmaqla 3 nəfər həlak olub.

Qubernator həmçinin Ukrayna Silahlı Qüvvələri tərəfindən Kursk vilayətinin Qluşkovski rayonunun atəşə tutulması barədə məlumat verib. Onun sözlərinə görə, elektrik xətlərinin zədələnməsi nəticəsində bir neçə yaşayış məntəqəsi işıqsız qalıb.

Milli.Az


Etiketlər:  Ukrayna PUA 2 uşağı öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ