Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2024 23:42
Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə XİN-dən diplomatik mənbə bildirib.
Danışıq ABŞ tərəfinin xahişi ilə baş tutub.
Tərəflər Qəzzada humanitar böhran və regional təhlükəsizliklə bağlı məsələləri müzakirə edib.