Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada miqrantlarla bağlı YENİ TƏLƏB: Əməl etməsələr...

Rusiyada miqrantlarla bağlı YENİ TƏLƏB: Əməl etməsələr...

Tarix: 11 Aprel 2024 17:24

Əcnəbi vətəndaşlar, o cümlədən əmək miqrantları və ya vətəndaşlığı olmayan şəxslər Rusiya telekommunikasiya operatorlarından SİM kartları yalnız biometrik məlumatlardan istifadə etməklə ala bilərlər. Həmçinin onlar kartları Dövlət Xidmətləri portalında qeydiyyatdan keçərək və rabitə mağazalarında şəxsən əldə edə biləcəklər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti yazıb. Bildirilib ki, bu, Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyinin hazırladığı qanun layihəsindən irəli gəlir.

Sənəddə həmçinin qeyd edilir ki, mobil operatorlar əcnəbilərlə rabitə xidmətlərinin göstərilməsi üzrə müqavilələrə unikal cihaz kodunu (onun müəyyən edilməsinə imkan verən mobil qadcetin kodu) daxil etməli olacaqlar. Bundan əlavə, operatorlara belə abonentləri 10-dan çox abunəçi nömrəsinə qoşmaq qadağan ediləcək.

Qanun qüvvəyə minənədək operatorlar xarici abunəçilərlə bağlanmış müqavilələri 2025-ci il martın 1-dək yeniləməli olacaqlar. Onlar yenidən qeydiyyatdan keçməmiş nömrələrə xidmət göstərməyi dayandırmalı olacaqlar.

Qanun layihəsi Rusiya Daxili İşlər Nazirliyi, FSB, Roskomnadzor, Xarici İşlər Nazirliyi, Federal Antiinhisar Xidməti və İqtisadi İnkişaf Nazirliyinə göndərilib. Qurumlar aprelin 15-dək bununla bağlı razılığa gəlməlidirlər.

Milli.Az


Etiketlər:  Rusiyada miqrantlarla bağlı YENİ TƏLƏB Əməl etməsələr


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ