Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kosmosu belorus adlandırdı: "Bizimdir"

Kosmosu belorus adlandırdı:

Tarix: 11 Aprel 2024 18:48

Belarus prezidenti Aleksandr Lukaşenko kosmosu belarus adlandırıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki,  bunu dövlət başçısı Belarus kosmonavtlarının təltif edilməsi mərasimində deyib.

"Biz bir şüar, bir ideya ilə yaşayırdıq: "Kosmos bizimdir". Biz hamımız bu barədə düşündük, xəyal etdik - oldu", - Lukaşenko qeyd edib.

Onun sözlərinə görə, kosmonavt Marina Vasilevskayanın Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuşu Belarusu kosmik proqramlarda iştirakın yeni səviyyəsinə çıxarıb.

"Soyuz-2.1a" raketinin buraxılışı martın 23-də Baykonur kosmodromundan həyata keçirilib. Gəminin göyərtəsində Belarusdan olan ilk iştirakçı Marina Vasilevskaya, həmçinin Roskosmos kosmonavtı Oleq Novitski və NASA astronavtı Treysi Dayson olub.

Bu hadisəni şərh edən Lukaşenko Belarusun kosmik dövlətə çevrildiyini qeyd edib. Eyni zamanda, dövlət başçısı respublikada kosmodrom tikintisini yersiz adlandırıb.

Milli.Az


Etiketlər:  Kosmosu belorus adlandırdı Bizimdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ