Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2024 09:44
"TikTok" "Instagram"ın rəqib hesab edilə biləcək və istifadəçilərə fotoşəkilləri paylaşmağa imkan verəcək yeni tətbiq hazırlayır.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, "İnnovasiyalara davam edərək istifadəçilərimizin foto və mətn yaratmaq, onu paylaşmaq üçün məkan yaratmağın yollarını araşdırırıq", - deyə "TikTok" nümayəndəsi bildirib.
Qeyd olunur ki, "TikTok" istifadəçiləri böyük ehtimalla "TikTok Notes" adlanacaq yeni proqramla bağlı artıq bildirişlər almağa başlayıblar. Lakin həmin proqram rəqəmsal mağazalarda hələ mövcud deyil.