Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransa səfiri Rusiya XİN-ə çağırıldı

Fransa səfiri Rusiya XİN-ə çağırıldı

Tarix: 12 Aprel 2024 16:48

Fransa səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, Fransanın Avropa və Xarici İşlər Naziri S.Sejurnenin Fransa tərəfinin Rusiya rəsmiləri ilə danışıqlara maraq göstərməməsi ilə bağlı son bəyanatları ilə əlaqədar olaraq Fransa səfiri Rusiya XİN-ə çağırılıb.

"Fransa səfirinin diqqətinə çatdırılıb ki, reallıqla heç bir əlaqəsi olmayan bu cür bəyanatlar qəbuledilməzdir. Biz Fransa Xarici siyasət idarəsinin rəhbərinin bu bəyanatlarını iki ölkə arasında hər hansı dialoqun mümkünlüyünü pozmağa yönəlmiş Fransa tərəfinin şüurlu və düşünülmüş hərəkəti kimi qiymətləndiririk", deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.

Milli.Az


Etiketlər:  Fransa səfiri Rusiya XİN ə çağırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ