Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2024 16:38
"Qarabağ"ın Çempionlar Liqasının 2024/2025 mövsümündə daha bir mümkün rəqibi bəlli olub.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, Slovakiya çempionu titulunu qazanan "Slovan" Ağdam klubu ilə qarşılaşa bilər.
Turnirin reytinq cədvəlində Slovakiya 29-cu, Azərbaycan 30-cu pillədə yer alıb. Hər iki ölkənin çempionları 1-ci təsnifat mərhəsindən mübarizəyə qoşulacaqlar. Həm "Qarabağ", həm "Slovan" səpələnmişlər arasında yer alacaq.
UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünü yeni formatda təşkil edəcək. 36 klub qələbə uğrunda yarışacaq.
Qeyd edək ki, "Slovan" ardıcıl 6-cı, ümumilikdə isə 22-ci dəfə Slovakiya çempionu olub. Klub 8 dəfə də Çexoslovakiyanın tərkibində liqanın ən güclüsü olub.