Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2024 18:50
Xəbər verdiyimiz kimi, "7-17" mahnı müsabiqəsi ilə ölkədə məşhurlaşan müğənni Xəyalə Manaflı nişanlanıb.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, iki gündən sonra toyu olacaq 39 yaşlı sənətçi nişanlısı Nurlan Rzayev adlı bəylə "Günaylı gün" verilişinin canlı efirində qonaq olub.
Xəyalə Manaflı nişanlandı - VİDEO
Aparıcının hədiyyəsi Səidəni GÖZ YAŞLARINA BOĞDU - VİDEO
Nura öz yalanını ifşa etdi - Onu güdən şəxsin kimliyi bilindi - VİDEO
Xəyalə bildirib ki, Nurlanla "TikTok" video platformasında tanış olublar:
"Dostlarımın təqidi ilə "TikTok" platformasına girməyə, oradakı insanların istəyi ilə canlı yayım açmağa başladım. Günlərin bir günü gördüm ki, mənə şəkli, adı, soyadı olan bir insandan (nişanlısı Nurlanı nəzərdə tutur - red.) oyun oynamaq üçün təklif gəldi, mən də o təklifi qəbul etdim. Canlı yayım zamanı oyun oynadıq, normal ünsiyyətimiz alındı. Oyun oynamadan sadəcə ünsiyyət qururduq.
Hansısa mövzu ətrafında fikirlərimizi bölüşürdük, müzakirə edirdik. Sonradan gördüm ki, beynimdə tutduğum bir obraz var idi, insan xasiyyəti... Sonradan Nurlanla keçdik "WhatsApp"da mesajlaşmağa. Mənim hər zaman mühafizəkar mövqeyim vardı ki, dostluq ediriksə, yalnız dostluq edirik. Birdən bu dostluq başqa istiqamətə çevrilər. Dostluq bir gün gəldi "Mənimlə evlənərsən?" söhbətinə.
Təklif isə Nurlandan gəldi. Ona söylədim ki, məni əsla bu mövzuda tələsdirmə. Qərarım biraz gec ola bilər. Nurlan özü də dedi ki, mənə iki il lazımdır ki, buna adaptasiya olum. Mənim üçün şokdur, müğənni Xəyalə Manaflı ilə evlənmək, "götür-qoy" məsələləri... "Giləvar" adında bir mahnı yarandı... Şüvəlan dənizi sahilində Nurlan mənə evlilik təklifini etdi və bu mahnı yarandı. Nurlan bərbərdir".
Xəyalənin nişanlısı Nurlan bu münasibətin alınacağına çox çətinliklə inandığını söyləyib:
"Ümumiyyətlə, mən hər zaman əlçatmaz olana qaçmışam. Varlanaraq əlin onlara çata bilər... Sadə bir insanın Xəyalə Manaflıya əlinin çatmağı müşkül məsələ idi. Çətin oldu, amma oldu".