Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb

Tarix: 15 Aprel 2024 20:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Milli.Az report-a istinadən xəbər verir ki, "Sputnik-Özbəkistan"a bu barədə məlumat verib. Tərəflər Özbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Əməkdaşlığın 10 yeni sahəsi üzrə perspektiv layihələrə xüsusi diqqət yetirilib.

Tərəflər, həmçinin yüksək səviyyədə qarşıdan gələn görüşlərin və tədbirlərin cədvəlinə baxıblar.

Milli.Az


Etiketlər:  Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ