Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“O qədər maddi imkanı yaxşı idi ki, şirkət aça, iş xanımı ola bilərdi”

“O qədər maddi imkanı yaxşı idi ki, şirkət aça, iş xanımı ola bilərdi”

Tarix: 15 Aprel 2024 20:45

"Nura mənim birinci, ilk övladımdır. O bütün uşaqlar kimi biraz nadinc, kaprizli uşaq olub. Mən şou-biznes sahəsinin insanı deyiləm. Mən də həyat yoldaşım da çox ciddi sahənin insanlarıyıq. Nura məşhurluq və müğənnilik yolunu seçib. O bizim övladımızdır. Ona deyilən hər bir söz biz valideyinlərə təsir edir". 

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Nura Surinin anası Firəngiz Səttarova "İncə səhər" verilişinə müsahibəsində deyib. 

Sənətçinin anası bildirib ki, Nura ailə qurduqdan sonra maddi imkanı yaxşı olub. Lakin o şəxsi biznesini qurmaqdansa şou-biznesə yönəlib:  

"Onun çox imkanlı və zəngin ailəsi vardı. Nuranın həyat yoldaşının maddi imkanı çox yaxşı idi. Nuranın şou-biznes sahəsinə gedəcəyinə inanmırdım. O qədər maddi imkanı yaxşı idi ki, şirkət aça, iş xanımı ola bilərdi. Yəni onun belə imkanı var idi. Sadəcə Nura bu anı əlindən necə boş buraxdısa... Bizi tanıyanlar hamısı deyir ki, Nura istəsəydi onun çox böyük biznesi olardı. Yəqin ki, Nura məşhur və populyar olmağı sevir. Dəqiq danışan insanam. Populyarlıq çox insanın xoşuna gəlir. Yəqin ki, məşhurluq gənc vaxtlarından Nuranı daha çox cəlb etdi". 

N.Surinin anası qızı ilə bağlı illər əvvəl yaşadığı kövrək anları da bölüşüb:

"Yadımda qalan ən kövrək anı isə illər sonra bacım mənə danışdı. Mən "Birinci Qarabağ" müharibəzi zamanı yaralananda demişdim ki, paltarlarım yadigardır, güllə onu vurub keçib. Hərbi paltarda yeri də qalmışdı. Dedim ki, o geyimi tullamayın. Bacım isə o hərbi geyimi "vanna"da islatmışdı ki, qan çıxsın. Nura məktəbdə gəlib hamama girəndə o qanlı paltarları görüb. Düşünüb ki, mən yoxam. Nura onda çox böyük stress keçirib. Mənə ən təsir edən bu məqam olub. Nura məni müalicə aldığım xəstəxananın palatasında görəndə tutulub qalmışdı. Reanimasiya şöbəsində bir həftə qaldım, çünki yaralarım ağır idi". 


Etiketlər:  qədər maddi imkanı yaxşı şirkət aça xanımı bilərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ