Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Havaların isinməsi ilə ilansancma halları artıb - VİDEO

Havaların isinməsi ilə ilansancma halları artıb - VİDEO

Tarix: 15 Aprel 2024 21:42

Havaların günü-gündən isinməsi ilansancma zamanı ilk yardım məsələsini aktuallaşdırır. Bəs ilan sancan adama ilkin tibbi yardım necə və hansı formada edilməlidir?

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, həkim Aydın Əliyev bildirib ki, ilan sancması zamanı dəridə qızartı əmələ gəlir, şişir, göyərməyə başlayır. Bu zaman insanların yanlış müdaxilə etməsi isə zərərçəkənin vəziyyətini daha da ağırlaşdıra bilər.

İlan sancması zamanı yaranı kəsmək, yandırmaq, sarımsaq və ya qatıq kimi vasitələrlə sürtmək tövsiyə edilmir. İlan sancan nahiyəyə çox toxunmaq və hərəkət etdirmək zəhərin daha da yayılmasına səbəb ola bilər.

Həmçinin, ilan dişləyən hissə hərəkətsiz vəziyyətə gətirilməlidir. Buz tapmaq mümkündürsə, həmin hissəyə buz qoyulmalı və yod məhlulu ilə dezinfeksiya edilməlidir. Bundan sonra dərhal həkim çağırılmalı və ya həkimə aparılmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Havaların isinməsi ilə ilansancma halları artıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ