Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail HHQ hazırlıqları tamamladı: Hücuma hazırdır

İsrail HHQ hazırlıqları tamamladı: Hücuma hazırdır

Tarix: 16 Aprel 2024 01:08

İsrail Hərbi Hava Qüvvələrinin İrana yönəlik hücumlar üçün apardığı hazırlıqlar tamamlanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, İsrailin KAN telekanalı məlumat yayıb.

Bildirilib ki, İsrail HHQ İrana lokal xarakterli, regional konfliktə gətirməyəcək hücum planlaşdırır.

Eyni zamanda Təl-Əviv bu münaqişə fonunda Qəzzadakı proseslərin arxa plana keçməsini istəmir.

İsrail rəsmiləri İranın öz torpaqlarından hücum etməklə qırmızı xətti keçdiyi və buna cavab verməyin məcburi olduğunu qeyd edirlər.

Bundan əlavə, hücumun konkret hansı formada olacağı söylənməsə də, sui-qəsd əməliyyatları və ya elektron hücum da istisna edilmir.

Milli.Az


Etiketlər:  İsrail HHQ hazırlıqları tamamladı Hücuma hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ