Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"WhatsApp”da işimizi asanlaşdıracaq yeni funksiya - FOTO

Tarix: 17 Aprel 2024 15:48

"WhatsApp" tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün messencerə üç filtr əlavə ediblər.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə şirkətin bloqunda bildirilib.

Tərtibatçıların fikrincə, yenilik istifadəçilərə konkret mesaj və ya söhbət tapmağa kömək edəcək.

Belə ki, messencerə üç filtr əlavə edilib: "Hamı", "Oxunmamış" və "Qruplar".

"Hamı" filtrini seçərkən istifadəçi bütün yazışmalarını görəcək.

"Oxunmamış" seçimini etsəniz, cavabsız qalan söhbətlər - oxunmamış mesajlarla söhbətlər və istifadəçi tərəfindən oxunmamış kimi qeyd olunan mesajlar göstəriləcək.

Üçüncü filtr - "Qruplar" icma alt qrupları da daxil olmaqla, bütün qrup yazışmalarını qrup göstərəcək.

Yenilik hazırda inkişaf mərhələsindədir. Yaxın gələcəkdə WhatsApp istifadəçiləri üçün əlçatan olacaq.

Milli.Az


Etiketlər:  WhatsAppda işimizi asanlaşdıracaq yeni funksiya FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ