Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Senator Bob Menendes çirkin işlərinin günahını erməni arvadının üstünə atmağı planlaşdırır

Senator Bob Menendes çirkin işlərinin günahını erməni arvadının üstünə atmağı planlaşdırır

Tarix: 17 Aprel 2024 22:20

Ermənipərəst senator Bob Menendes ona qarşı rüşvətalma maddəsi ilə federal cinayət işinin açılmasına səbəb olan əməllərdə arvadı Nadin Arslanyanı ittiham etməyi planlaşdıra bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu yaxınlarda açıqlanan məhkəmə sənədlərindən belə qənaət hasil olur.

Vəkilləri senatorun arvadı Nadin Arslanyanın ondan məlumatları gizlətdiyini, yaxud da hansısa qeyri-qanuni bir iş görülmədiyinə inandırdığını və bu səbəbdən də Menendesin qanundankənar niyyətlərinin olmadığını sübut etməyə çalışırlar.

Martın ortalarında Menendesin hüquqşünas komandası bu müdafiə strategiyasını gizlətməyə cəhd edib, çünki onun üzə çıxmasının andlılar məhkəməsinin heyətinə mənfi təsir göstərə biləcəyinə inanıb. Lakin Nyu-Yorkun NBC kanalının müxbiri, daha sonra isə "Politico" da daxil olmaqla media təşkilatlarının koalisiyası bu strategiyanın ictimaiyyətə çatdırılması üçün mübarizə aparıblar. Federal hakim Sidni Ştayn aprelin 15-də bunun ictimaiyyətə açıqlanmasına dair göstəriş verib.

50 səhifəlik hüquqi sənəddə iddia edilirdi ki, senator və onun həyat yoldaşının məhkəmə işləri ayrı-ayrılıqda araşdırılmalıdır. Vəkillər bildiriblər ki, qanunda həyat yoldaşlarından birinin digərinin əleyhinə ifadə verməyə məcbur edilməsinin qarşısını alan müddəa Menendesin müdafiəsini çətinləşdirəcək.
Nadin Arslanyanın "sağlamlıqla bağlı problemləri" olduğunu federal prokurorlar və hakim ciddi qəbul etdiklərindən prosesin təxirə salınması istəyini qəbul edərək, onun məhkəmə işini ayrıca icraata veriblər.

Mayın 6-da Manhettendə Menendesin daha iki müttəhim - Vael Hana və Fred Daybes ilə birlikdə hakim qarşısına çıxarılacaqları gözlənilir. Nadin Arslanyanın işi üzrə məhkəmə iclası isə bu yayın sonuna təyin edilib.

Milli.Az


Etiketlər:  Senator Bob Menendes çirkin işlərinin günahını erməni arvadının üstünə atmağı planlaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ