Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hollivud ulduzu Putini vuracağını AÇIQLADI

Hollivud ulduzu Putini vuracağını AÇIQLADI

Tarix: 17 Aprel 2024 22:32

Əvvəllər ukraynalı sevgilisi ilə Kiyevdə görünən məşhur amerikalı aktyor və kinorejissor Şon Penn şəxsi görüşdə Rusiya prezidenti Vladimir Putini vuracağını deyib. Məşhur Rusiyaya qarşı mübarizədə Ukraynanı bir daha dəstəkləyib və Kiyevə daha çox yardım göstərməyə çağırıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bir gün əvvəl Şon Penn Almaniya televiziyasında Ukrayna müharibəsindən bəhs edən "Supergüc" sənədli filmini təqdim edib.

"Bild"ə verdiyi müsahibədə Hollivud aktyoru genişmiqyaslı işğala münasibətindən səmimi danışıb. Ulduz ukraynalıların indi heç vaxt olmadığı qədər birləşdiyini qeyd edib:  

"İndi mən insan həyatının nə qədər dəyərli olduğunu yəqin ki, daha da dərk edirəm. Bilirik ki, mənim ölkəm, ABŞ, heç də vahid deyil, daha doğrusu, Amerika Birləşmiş Ştatlarıdır. Ukraynada insanlar isə əksinə, ruslara qarşı birləşdilər. Biz amerikalılar yalnız bu birlikdən dərs ala bilərik. Çünki Ukrayna dünyada bəşəriyyətin episentridir. İnsanlıq isə ruhun dərmanıdır.

Film Şon Penn və aktyor Cek Nikolsonun Putinlə şəxsi görüşünü təsvir edir. Onların söhbəti hələ 2001-ci ildə Moskvada olub. Bir jurnalistin kinorejissorun Rusiya prezidenti ilə yenidən görüşəcəyi təqdirdə nə edəcəyini soruşduqda o, "Vurardım" deyə cavab verib.

"Təəssüf ki, bu gün hökumətimin prezident Ruzveltin İkinci Dünya müharibəsində sahib olduğu iradə, liderlik və fədakarlıqdan məhrum olduğunu görmürəm. Krım da daxil olmaqla ərazilərinin hər qarışı üçün mübarizə aparan ukraynalıların möhkəmliyinə inanıram. Ona görə də biz bu müharibədə məğlubiyyətə yol verməməliyik. Bu baş verməməlidir.

Demokratların və ya respublikaçıların hakimiyyətdə olmasından asılı olmayaraq. Bu müharibəni uduzsaq, bu, ABŞ-ın da sonu ola bilər. Bilirsiniz, mən Vyetnam müharibəsinin övladıyam. Mən onun qəddar və cinayətkar rəsmləri ilə böyümüşəm. Buna görə silahların sülhə aparacağına heç inanmadım. Ancaq indi Ukraynaya bu müharibəni dayandırmaq üçün əlimizdə olan hər şeyi verməliyik", - Penn söyləyib.

Milli.Az


Etiketlər:  Hollivud ulduzu Putini vuracağını AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ