Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dubaydakı daşqında belə həyatda qaldı - VİDEO

Dubaydakı daşqında belə həyatda qaldı - VİDEO

Tarix: 18 Aprel 2024 19:54

Güclü yağışların təsirinə məruz qalan Dubayda bir pişiyin həyatda qalmaq üçün necə mübarizə apardığı barədə görüntülər sosial mediada gündəm olub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, sudan xilas olmaq üçün avtomobilin qapısından asılı qalan pişik xilas edilib.

Sözügedən video bu başlıqla paylaşılıb:

"Dubayda bütün həyatlar önəmlidir".

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yağan leysan yağışlar ölkədə həyatı iflic edib.

Güclü yağış səbəbindən yollarda gölməçələr əmələ gəlib, nəqliyyat vasitələri yollarda qalıb.

Milli.Az


Etiketlər:  Dubaydakı daşqında belə həyatda qaldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ