Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə 5,6 maqnitudalı zəlzələ oldu - dağıntı var - YENİLƏNİB - VİDEO - FOTO

Türkiyədə 5,6 maqnitudalı zəlzələ oldu - dağıntı var - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 18 Aprel 2024 22:16

-------
22:15

Türkiyənin Tokat vilayətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Tokatda bir ev və iki məscidin minarələri dağıdılıb. Bundan başqa, zəlzələnin təsiri ilə Yozgat şəhərində 3 ev ciddi zərər çəkib.

Tokatda təbii fəlakət zamanı bir nəfər xəsarət alıb.

Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları işləyir.

-------
20:54

Xəbərə foto əlavə olunub.

-------
20:05


Türkiyədə zəlzələ səbəbi ilə 3 rayonda məktəblər bağlanıb.

Tokat valisi Numan Hatipoğlu bu gün Sulusaray, Artova və Yeşilyurt rayonlarında məktəblərin bağlandığını bildirib. Hatipoğlu bildirib ki, gecə saatlarında Sulusaray rayonunda 4,7 və 4,1 bal gücündə zəlzələlər olub.

İnsan tələfatı olmayıb


-----------

19:23


Türkiyənin Tokat şəhərində 5,6 maqnitudalı zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, AFAD-dan verilən məlumata görə, zəlzələ yerin 5,99 kilometr dərinliyində baş verib. Zəlzələ Tokatla yanaşı Sivas, Yozgat, Çorum, Amasya, Samsun və Kayseridə də hiss olunub.

Saat 18:11-də Tokatın Sulusaray rayonunda 5,6 bal gücündə zəlzələ baş verib.

Zəlzələ Tokatla yanaşı ətraf əyalətlərdə də hiss olunub.

Sulusaray rayonunun bələdiyyə sədri Davut Kılıç canlı televiziya vasitəsilə rayonun Buğdağlı kəndində bəzi evlərin dağıldığını bildirib.

Milli.Az


Etiketlər:  Türkiyədə 56 maqnitudalı zəlzələ oldu dağıntı var YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ