Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2024 17:32
Moskvada altı yaşlı uşaq təcili yardım çağıraraq komaya düşən anasını xilas edib.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb.
42 yaşlı qadının hansı səbəbdən komaya düşdüyü məlum deyil. O, hazırda xəstəxanada həkimlərin nəzarəti altındadır.
Qeyd olunub ki, mənzildə altı yaşlı uşaqdan başqa dörd yaşlı qardaşı da olub.
Uşaqlar üçün əlavə həkim briqadası çağırılıb.