Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Taksim meydanı bu il də boş qaldı - FOTO

Taksim meydanı bu il də boş qaldı - FOTO

Tarix: 1 May 2024 16:06

Türkiyədə 1 May - Əmək Günü ilə əlaqədar İstanbulun mərkəzi hissələrindən olan Taksim meydanına giriş-çıxış bağlanıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, İstanbul valiliyinin qərarı ilə meydana aparan 40 küçə və keçiddə hərəkət məhdudlaşdırılıb. Taksim meydanının bağlı olmasına baxmayaraq, Beşiktaş Barbarov Bulvarından buraya doğru istiqamət alan 30 aksiyaçı polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, bir neçə ildir ki, mayın 1-də Əmək Günü ilə bağlı Taksim meydanı bağlanır. Türkiyə Ali Məhkəməsinin meydanın bağlanmasına qarşı qərarı olsa da, dövlət qurumları baş verə biləcək hər hansı bir qarşıdurmanın qarşısını almaq məqsədilə buraya giriş-çıxışı bağlı saxlayır.


Etiketlər:  Taksim meydanı boş qaldı FOTO


RƏYLƏR