Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zurabişvili: “Xarici təsir” qanunu bunun qarşısını almaq üçündür

Zurabişvili: “Xarici təsir” qanunu bunun qarşısını almaq üçündür

Tarix: 18 Aprel 2024 20:48

Gürcüstanın bu ilin sonunda Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarına başlamaq perspektivi var və "xarici təsir" qanunu məhz buna qarşı mübarizə aparır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Fransa telekanalına müsahibəsində deyib.

O, qanun layihəsinin Moskvanın maraqlarına cavab verdiyini, hakim partiyanın ölkənin Avropa İttifaqı yoluna zidd olan bir sıra digər qanunla da qəbul etdiyini qeyd edib.

"Bu qanun Rusiya yönümlü qanun deyil, Rusiya qanunudur. Bu Prezident Putin tərəfindən qəbul edilmiş qanunun eynisidir", - Zurabişvili deyib.

Prezident bu il oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin ölkənin Avropa gələcəyi üçün həlledici olacağını qeyd edib.

Milli.Az


Etiketlər:  Zurabişvili Xarici təsir qanunu bunun qarşısını almaq üçündür


RƏYLƏR