Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bakı”nın keçmiş futbolçusu həbs olundu

“Bakı”nın keçmiş futbolçusu həbs olundu

Tarix: 20 Noyabr 2019 14:08

“Bakı”nın keçmiş futbolçusu Serxio Kontreras həbs olunub.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Koke ləqəbli keçmiş hücumçu narkotik ticarəti ilə məşğul olan şəbəkəyə rəhbərlik etməkdə şübhəli bilinir. O, vətəni İspaniyanın Estepona şəhərində polis reydi zamanı saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 20-yə yaxın şəxsin tutulduğunu bildiriblər. Onlardan dəyəri 775 min dollar olan, 1 tona yaxın həşiş aşkarlanıb. Serxionun narkotiklərin satışı ilə məşğul olan şəbəkəyə rəhbərlik etdiyi bildirilib. Keçmiş hücumçu hazırda Malaqada polis bölməsində saxlanılır.

Qeyd edək ki, 2012-ci ildə “Bakı”da oynayan Koke karyerası ərzində “Marsel”, “Malaqa”, “Sportinq” kimi klublarda da çıxış edib.

 


Etiketlər:  Bakının keçmiş futbolçusu həbs olundu


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ