Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qəbələ”də vida

“Qəbələ”də vida

Tarix: 19 Aprel 2024 16:44

"Qəbələ" daha bir futbolçusu ilə yollarını ayırıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

"Qırmızı-qaralar" Feras Abu Akalla vidalaşıb. 27 yaşlı israilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 2022-ci ilin iyulundan "Qəbələ"də çıxış edən legioner 47 matçda 3 qol vurub. Feras Premyer Liqada 37 (2 qol), Azərbaycan kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.

Milli.Az


Etiketlər:  Qəbələdə vida


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ