Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Mənə qarğış edən insanı necə bağışlayım?”

“Mənə qarğış edən insanı necə bağışlayım?”

Tarix: 22 Aprel 2024 14:15

"Mən xasiyyətcə yumşaq insanam. Dəyməyənə dəymərəm. Amma mənə elə möhkəm dəyiblər ki, ömürlük barışmaram". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Musəvi qonaq olduğu "İncə səhər" verilişində deyib.  

Ruhəngiz şou-biznesdə küsülü olduğu şəxsdən söz açıb. Müğənni bildirib ki, ona qarğış edən həmin məşhuru heç zaman bağışlamayacaq: 

"Bir insan ki, illərdir tanıdığı insana qarğış edə, onu necə bağışlamaq olar? Özü də mənim kimi insanı, ürəyimin necə olduğunu bilirlər". 

Qeyd edək ki, bir müddət əvvəl R.Musəvi ilə həmkarı Əməkdar artist Kəmalə Rəhimova arasında qalmaqal yaşanmışdı. Qarşı tərəf, yəni Kəmalə Ruhəngizə qarğış etmişdi. Qalmaqala səbəb isə illər əvvəl Ruhəngizə dediyi bir sirri aparcılardan birinə danışması olub.  

Milli.Az


Etiketlər:  Mənə qarğış edən insanı necə bağışlayım


RƏYLƏR