Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hikmət Rəhimov "Əqrəb mövsümü"ndən buna görə gedib

Hikmət Rəhimov

Tarix: 23 Aprel 2024 06:10

Aktyor Hikmət Rəhimov "Əqrəb mövsümü" serialının ikinci hissəsində rol almamasının səbəbini açıqlayıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, aktyor bu haqda Turanə Hüseynlinin yutub layihəsində danışıb. 

"50 gün çəkilişə görə 20 min manat istədim. Dedilər ki, yoxdur. Mən də cavab verdim ki, sağ olun. Sonradan deyirlər ki, guya, 30-40 min istəmişəm. 50 gün üçün 30-40 min də azdır.

Yoxdursa, heç olmasın. Əgər varsa, normal pul ödənilsin. Əgər bir hekayəni mən dartıb aparıramsa, pul mənim haqqımdır. Mənimlə pul söhbəti edən adamın əqidəsi və əxlaqında problem varsa, onu rədd edirəm. Etdim də", - o bildirib.

Milli.Az


Etiketlər:  Hikmət Rəhimov Əqrəb mövsümündən buna görə gedib


RƏYLƏR