Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

Tarix: 23 Aprel 2024 08:54

Son 5 ay ərzində bizim Azərbaycanla iki böyük razılaşma əldə etməyimiz olduqca mühümdür. Nəhayət, sülhdən bəhrələnən Ermənistan və Azərbaycan xalqlarıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Britaniya mətbuatına müsahibəsində deyib.

"Eyni zamanda, Ermənistan ordusunun islahatları və modernləşdirilməsi ilə bağlı Azərbaycanın bir sıra bəyanatlarından narahatıq. Azərbaycan və Ermənistanın hərbi büdcələrinin nisbətinə baxsanız, nəzərəçarpacaq dərəcədə disbalansın olduğunu görərsiniz. Bu balanssızlıq şəraitində belə, Azərbaycan Ermənistan silahlı qüvvələrinin islahatlarına, silah və texnikanın alınmasına çox aqressiv reaksiya verir, baxmayaraq ki, bu satınalmalar sırf müdafiə xarakteri daşıyır.

Döyüşə hazır ordunun olması sülh üçün, qüvvələr balansının düzgün formalaşması üçün vacibdir. Aldığımız silahlar Azərbaycanın aldığı silahların 15-20%-dən çoxunu təşkil etmir", - Paşinyan bildirib.

O qeyd edib ki, Azərbaycana silahlara nəzarət, Almatı Bəyannaməsi ilə müəyyən edilmiş sərhəddən qoşunların geri çəkilməsini və sülh müqaviləsi razılaşdırılmamışdan əvvəl təcavüz etməmək haqqında saziş imzalamağı təklif etmişik.

Milli.Az


Etiketlər:  Son 5 ayda Azərbaycanla iki mühüm saziş Paşinyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ