Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Liverpul"a qarşı oynamayacağı dəqiqləşdi

Tarix: 7 May 2019 11:00

"Barselona"nın futbolçusu Usman Dembelenin Çempionlar Liqasının yarımfinalında "Liverpul"la cavab matçında iştirak etməyəcəyi dəqiqləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 21 yaşlı hücumçu zədə səbəbindən İngiltərə aparılmayıb.

Qeyd edək ki, Dembele La Liqanın 36-cı turunda "Selta" ilə matçda zədələnib.

Əlavə edək ki, "Liverpul" - "Barselona" görüşü bu gün Bakı vaxtı ilə 23:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun Kataloniya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 


Etiketlər:  Liverpula qarşı oynamayacağı dəqiqləşdi


RƏYLƏR