Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2019 10:06
Bakı. Samir Əli - Trend:
Bakıda 3 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib.
Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, hadisə Xəzər rayonu, Binə südçülük sovxozunda baş verib. Həmin ərazidə yerləşən fərdi yaşayış evlərindən birində qadın və iki azyaşlı uşağının üzərinə qaynar su tökülüb:
"Hadisə nəticəsində yanıq xəsarəti alan 3 nəfər barədə məlumat Təcili Yardım Xidmətinə saat 22.32-də daxil olub. Hadisə yerinə gələn həkim briqadası yanıq xəsarətləri alan 32 yaşlı qadını, 3 yaşlı oğlanı və 5 yaşlı qızı 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırıb".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin