Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Füzuli sakinlərinə ŞAD XƏBƏR

Füzuli sakinlərinə ŞAD XƏBƏR

Tarix: 2 May 2024 14:40

"Azərbaycan öz suverenliyini bərpa edib və işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə başlanılıb".

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi" adlı panel sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, fondları da bu işlərdə Azərbaycana töhfə verməyə hazırdır:

"Burada olmaqdan çox məmnunam. Sülh təşəbbüsünü alqışlayıram. Türk mədəniyyətinin qorunması çox vacibdir. Bu gün Azərbaycan öz suverenliyini tam bərpa edib. Bərpa işlərinə başlanılıb. Çalışmalıyıq mədəni irsimiz qorunub saxlanılsın. Fond Füzulidə yerləşən Qoçəhmədli kəndini bərpa etməyə hazırlaşır".


Etiketlər:  Füzuli sakinlərinə ŞAD XƏBƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ