Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2024 23:06
İsveç polisi "Avroviziya" musiqi yarışması ərəfəsində Malmö şəhərində təşkilatçının Quranı yandırmaq niyyətində olduğu tədbir keçirməyə icazə verib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Nümayiş cümə günü günortadan sonra, yarışların başlamasından bir gün əvvəl şəhərin mərkəzi hissəsindəki Qustav Adolf meydanında keçiriləcək. Polisə şənbə və bazar günləri də oxşar tədbirlərin keçirilməsi ilə bağlı müraciətlər daxil olub.
Qeyd edək ki, "Avroviziya"nın yarımfinalları mayın 7 və 9-da, finalı isə mayın 11-də baş tutacaq.