Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2024 15:56
Bu gün səhər saatlarında Yasamal rayonunda azyaşlı qız tapılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Uşağı tapan şəxsin bildirdiyinə görə, o, səhər saat 9-da pijamada, ayaqyalın həyətdə gəzirmiş: "Qonşuların hamısından soruşduq, heç kim tanımadı. Uşaq donurdu, evə gətirib polisə xəbər verdik. Ayaqlarının altı qapqara idi, bilinir ki, çox yol gəlib..."
Yayılan görüntülərlə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, azyaşlının valideynləri tapılıb və o, ailəsinə təhvil verilib.