Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soçidə “hava döyüşü”: “Rədd ol, Ermənistana get!”

Soçidə “hava döyüşü”: “Rədd ol, Ermənistana get!”

Tarix: 6 May 2024 15:48

Rusiyanın Soçi şəhərində "hava döyüşü" olub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, binada yanbayan yaşayan iki qonşu elə balkondaca bir-biri ilə dalaşıb. Dava zamanı qonşular bir-birilərini söyüblər və məişət əşyaları ilə vurmağa çalışıblar.

Qonşulardan biri digərinə israrla "Ermənistana rədd olub getməyi" tövsiyə edib.

"Rədd ol, Ermənistana get!" - deyə o, qonşusunu döşəməsilənlə vuraraq qışqırıb.

Qonşular bir-birinə qarşı "silah" olaraq döşəməsilən, zibil qabı, xəkəndaz və həmçinin gözyaşardıcı qazdan istifadə ediblər.

Sonda kimin "qələbə" qazandığı isə məlum deyil.


Etiketlər:  Soçidə hava döyüşü Rədd Ermənistana


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ