Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2024 20:14
Rusiyalı mütəxəssislər Çinlə birgə Ay bazası üçün nüvə enerji qurğusunun hazırlanmasına başlayıblar.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Roskosmos"un rəhbəri Y.Borisov məlumat verib.
"Ay gecəsi təxminən 14 Yer günü davam edir. Günəş panelləri bu müddət ərzində elektrik cihazlarını işə salmaq üçün kifayət qədər enerji saxlaya bilmir. Ona görə də Ayda yığcam, etibarlı, uzunmüddətli və davamlı nüvə enerjisi mənbəyi yaratmaq lazımdır", - deyə Borisov əlavə edib.