Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makron Ermənistana səfərə hazırlaşır

Makron Ermənistana səfərə hazırlaşır

Tarix: 10 May 2024 12:26

Fransa Prezidenti Emmanuel Makron Ermənistana səfər edə bilər.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu məlumatı Fransanın Ermənistandakı səfiri Olivye Dekottini bildirib.

Səfirin sözlərinə görə, Fransa prezidentinin İrəvana səfəri Ermənistan hakimiyyəti ilə müzakirə olunur:

"Biz Ermənistan hakimiyyəti ilə səfərin mümkünlüyündən danışırıq. Əlbəttə, Şarl Aznavurun 100 illiyi çox cəlbedici hadisədir".

Qeyd edək ki, Ermənistanın baş naziri Parisə səfəri zamanı Makronu payızda Şarl Aznavurun 100 illiyinə həsr olunmuş qala-konsertdə iştirak etmək üçün İrəvana dəvət etmişdi.


Etiketlər:  Makron Ermənistana səfərə hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ